Cümə axşamı , Oktyabr 29 2026
azfa

Ağ Evdə Türkiyəyə qarşı sanksiya müzakirə edildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ağ Evdə Türkiyəyə qarşı sanksiya müzakirə edildi. İclasda ABŞ Prezidenti Donald Tramp və senatorlar iştirak edir. Türkiyənin Rusiyadan S-400 alması ilə bağlı 3 sanksiya paketi ətrafında müzakirələr aparıldığı bildirilib.

Sözügedən görüş Trampın dəvəti ilə keçirilib. Ağ Evdə keçirilən iclas başa çatıb.

Türkiyənin Rusiyadan S-400 almasından sonra ABŞ Konqresi tərəfindən təsdiq olunan CAATSA sanksiyaları 45 respublikaçı senatorun iştirakı ilə müzakirə edilib. Ancaq hansı qərarın verildiyi barədə hələ məlumat yoxdur.

Həmçinin yoxlayın

Ermənistan parlamenti ABŞ-la TRIPP layihəsi üzrə sazişi təsdiqləyib

GADTB: Ermənistan parlamenti “Ermənistan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında TRIPP layihəsi üzrə strateji əməkdaşlıq …

Azərbaycanlı milli hərəkat fəalı Əbdüləziz Əzimi Qədim Evin zindanının 209-cu bölməsinə köçürülüb

GADTB: Azərbaycanlı milli hərəkat fəalı Əbdüləziz Əzimi Qədimə qarşı təhlükəsizlik və məhkəmə orqanlarının təzyiqlərinin davam …

Bir cavab yazın