Çərşənbə , Avqust 26 2026
azfa

ABŞ irqçi fars rejimin ikinci PUA-sını vurdu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ-ın bu gün yaydığı xəbərdə bildirilir ki, irqçi fars rejimin daha bir PUA-sını vurdu.

Bir neçə gün əvvəl ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında İrana məxsus Pilotsuz Uçan Aparatı(PUA) vurduqlarına dair məlumat yaymışdılar. Bunu ABŞ prezidenti Tramp açıqlamışdı.

Bu gün daha bir məlumat yayılıb. ABŞ rəsmilərinə istinadən yayılan məlumatda deyilir ki, amerkalılar daha bir İran PUA-sını vuraraq, sıradan çıxarıblar.

Bu əsnada bildirək ki, İran tərəfi hələ birinci PUA vurulanda bunun yanlış olduğunu açıqlamışdı. Hətta İran Müdafiə Nazirliyi bəyan etmişdi ki, ola bilər ABŞ öz PUA-sını vurub.

Qeyd edək ki, Hörmüz boğazında durum kritik həddə çatıb. İngiltərə hökuməti də artıq İranla bağlı müzakirələrə start veriblər. Yeni baş nazir Boris Consonun təşkil edəcəyi hökumət kabinetinin Tehranla bağlı sərt qərarlar alacağı deyilir.

Həmçinin yoxlayın

Britaniya İran İslam Respublikasına qarşı ABŞ-ın “İqtisadi təcridetmə” kampaniyasını dəstəkləyib

GADTB: Böyük Britaniyanın maliyyə naziri Con Hili bildirib ki, London ABŞ və digər tərəfdaşları ilə …

GADTB başqanı sayın Əjdər bəy Tağızadə Elçibəyin anım günündə çıxış edib- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın …

Bir cavab yazın