Bazar , Avqust 23 2026
azfa

Rejim İraq kürdlərini Urmiya Universitetinə qəbul etməklə kürdləri Urmiyada məskunlaşdırmaq istəyir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, hər vasitə ilə Qərbi Azərbaycanı kürdləşdirməyə çalışan irqçi fars rejim indi də kürdləri Urmiya Universitetinə qəbul etdirməklə Güney Azərbaycanın qərb bölgəsinin kürdləşdirilməyə çalışır.

Rejimi bu istiqamətdə daha bir məkrli oyuna oynayaraq, radikal və terrorçu kürdləri Qərbi Azərbaycan vilayətinə gətirərək, Urniya Universitetində onların təhsil almasını təmin edir.

Artıq rejimin göstərişi ilə Urmiya Universiteti İraq Kürdistanından olan öyrəncilər üçün xüsusi kvota müəyyən edib. Bunu universitetə qəbul olunan iraqlı kürdlərin sayının getdikcə artması da sübut edir.

Universitetin türk öyrəncilərinin nigaranlığına səbəb olan qərar bölgənin demoqrafik tərkibinin dəyişdirilməsi üçün atılan növbəti addımlardan biri kimi qiymətləndirilir.

Qeyd edək ki, irqçi fars rejim müxtəlif yollarla Azərbaycan ərazilərini kürdləşdirmək və Azərbaycanın Türkiyə ilə bitişik ərazilərində demoqrafik dəyişikliyə səbəb olmaqdır.

Həmçinin yoxlayın

Molla rejimi ordunun müdafiədən hücum doktrinasına keçdiyini bildirir

GADTB: İran ordusunun sözçüsü, briqada generalı Məhəmməd Əkrəmian bildirib ki, Fars körfəzindəki son hərbi əməliyyatlardan …

Molla rejimi husilərə yeni hərbi və texniki dəstək göndərir

GADTB: “Şeba Kəşfiyyatı” İranın Yəməndə hərbi və texniki mövcudluğunu gücləndirdiyini açıqlayıb. Məlumata görə, “Əbu Mustafa” …

Bir cavab yazın