Bazar ertəsi , May 6 2024
azfa

Güney Azərbaycanın Zəncan bölgəsində yanğın 292 hektar ərazini məhv edib

Güney Azərbaycanın Qaradağ bolgəsindən sonra Zəncan vilayətində də baş verən yanğın nəticəsində 292 hektar yaşıllıq məhv olub.

Zəncan vilayətinin Böhran İdarəetmə Təşkilatının baş direktoru çərşənbə günü günü deyib: “GPS sistemindən istifadə edərək, Tarım rayonunun Badamıstan bölgəsində Çəftan yüksəkliklərinin yaşıl ərazilərində eləcə Lar bölgəsində baş verən yanğının miqyası dəqiq qiymətləndirilib və maddi ziyan müəyyənləşdirilib”.

Vilayət Təbii Ehtiyatlar İdarəsi daha əvvəl təxmini şəkildə hadisənin əhəmiyyətini nəzərə alaraq 500 hektar ərazidə yanğın baş verdiyini elan etmişdi.

Bir gün öncə Zəncan vilayətinin səlahiyyətli rəsmiləri Tarım şəhərinin Badamistan ərazisindəki baş verən yanğında 500 hektar ərazinin yandığını təxmin etmişdilər. Yanğın nəticəsində dəyən maddi ziyanın miqdarı peyk şəkilləri çəkildikdən sonra iki gün ərzində dəqiq hesablanacaq.

Zəncan vilayətinin Təbii Ehtiyatlar İdarəsinin Müdirinin müavini Abbas Lütfi bildirib ki, güclü külək üzündən yanğındönürmə səyləri 15 saat çəkib.

Qəza səbəbinin insan amilləri olduğu müəyyənləşdirilib. Modern yanğınsöndürmə qurğularının olmaması, yanğının söndürülməsini çətinləşdirib, yanğın Badamistanın yaşıl ərazisinə geniş miqyasda ziyan vurub.

17 sentyabr saat 11-də başlayaraq 15 saat sürən bu yanğın nəticəsində bir çox heyvan növləri məhv olub və ərazinin yaşıl sahələri də ziyan ciddi ziyan alıb.

Qeyd edək ki, son zamanlarda Şərqi Azərbaycanın Qaradağ meşələrində, avqustun 19-da başlayan və günlərlə davam edən yanğın nəticəsind 300 hektardan çox meşə sahəsi məhv olub. Yerli əhali dövləti və vəzifəli şəxsləri bölgə üçün yanğınsöndürmə qurğuları təmin etməməkdə və səhlənkarlıqda tənqid ediblər.

Həmçinin yoxlayın

Türkiyənin “Kaan”ın təyyarəsi ikinci sınaq uçuşunu həyata keçirdi – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin beşinci nəsil qırıcısı “Kaan” ikinci sınaq uçuşunu …

Qaşqay türklərindən Azərbaycana qarşı çıxış edən iranlı millət vəkilinə tutarlı cavab

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran parlamentinin radikal deputatı Cəlal Rəşidi Kuçinin Azərbaycana …

Bir cavab yazın