Şənbə , Avqust 29 2026
azfa

ABŞ irqçi fars rejimdən neft idxal edən 11 çinli fiziki və hüquqi şəxsə sanksiya tətbiq edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ Maliyyə Nazirliyi sentyabrın 25-də çərşənbə günü beş çinli fiziki və altı hüquqi şəxsə qarşı İrandan neft idxalına görə sanksiya tətbiq edib.

Sanksiyalar xüsusilə, Concord və Cusco Shipping neft şirkətlərini əhatə edib. Britaniyanın Virgin adalarında qeydiyyatdan keçmiş Conlon korporasiyası da ABŞ-ın Maliyyə Nazirliyi tərəfindən sanksiyaya məruz qalıb.

ABŞ Dövlət Katibi Mayk Pompeo çərşənbə günü “Nüvə İranı əleyhinə Alyans”ın iclasında deyib: “Bu gün ABŞ-ın sanksiyalarını pozaraq qəsdən İrandan neft alan bir sıra Çin şirkətlərinə sanksiya tətbiq etdik”.

Həmçinin yoxlayın

Urmiya gölündə köçəri quşların heyrətamiz görüntüləri yayılıb

GADTB: Güney Azərbaycanın Urmiya gölünün adalarında həyat canlanıb. Köçəri və yerli quşlar gölün üzərindən uçaraq …

Əhəd Əlivənd 13 gündür qeyri-müəyyən vəziyyətdə Mərağa həbsxanasının karantin bölməsində saxlanılır

GADTB: Məlikkəndi sakini, Traxtur komandasının azarkeşi və sosial şəbəkə fəalı Əhəd Əlivənd həbsindən 13 gün …

Bir cavab yazın