GADTB fars-molla rejiminin əlaltılarının İraq əhalisini qana boyamasını pislədi

GADTB: İrqçi fars-molla rejimi təkcə İran adlanan ölkədə xalqları qanına boyamaqla kifayətlənməyib, indi də qonşu ölkələrdə, o cümlədən İraqda Həşdişəbi kimi terrorçi dəstələr təşkil etməklə bölgə ölkələrinin günahsız əhalisinin azadlıq mübarizəsini və haqq səsini boğub, özünə bağlı qondarma rejimlərin region əhalisini əsarətdə saxlamasına şərait yaradır.

Bu gün İraq əhalisinin öz ölkəsi İraqda irqçi və cinayətkar fars rejim göstərişi ilə, rejimin formaşadırdığı terrorçu Həşdişəbi vasitəsilə qənanına qəltan edilməsi, onlarla insanın qətliamı, minlərlə insanın yaralanması bir daha fars-molla rejiminin necə bir cinayətkar rejim olduğunu dünya ictimaiyyətinin gözü önündə sərgilədi.

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) dünya ictimaiyyətinə səslənərək irqçi və cinayətkar fars-molla rejiminin həm İran adlanan ölkədə qeyri-fars millətlərə və özəlliklə də Azərbaycan türklərinə qarşı zülmü, həm də bütün region ölkələri, o cümlədən İraqda, Suriyada, Yəməndə və s. ölkələrdə günahsız insanları qanına qəltan etməsi qarşısında susmamağa və zülmə məruz qalan millətlərin yanında olmağa çağırır.

GADTB İraqda günahsız insanları fars-molla rejimin əlaltıları vasitəsilə qətliamını pisləməklə, inanır ki, yalnız irqçi fars-molla rejiminin əsarətində olan millətlərin öz istiqlalını əldə etməsi nəticəsində irqçi və cinayətkar fars rejimi zəifləyib, başqa millətlərə qarşı daha belə cinayətlər törətməyə qadir olmayacaq. Ona görə də dünya ictimaiyyətinin böyük bir bəladan qurtarması üçün öz haqları uğrunda mübarizə aparan Azərbaycan türkünün yanında olması bütün dünya üçün xeyirli olacaq.

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB)

Həmçinin yoxlayın

Türkiyə Ordusu son bir həftədə 43 PKK terrorçusunu zərərsizləşdirilib

GADTB: Son bir həftə ərzində sərhəddən kənarda həyata keçirilən əməliyyatlar nəticəsində 43 terrorçu zərərsizləşdirilib. Milli …

Molla rejimi Şərqi Azərbaycanda hökumətin fəaliyyətlərini ifşa edən tədqiqatçını vəzifəsindən uzaqlaşdırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı tədqiqatçı və ekofəal Əhməd Bayburdi molla rejimin …

Bir cavab yazın