Çərşənbə axşamı , Oktyabr 27 2026
azfa

Urmiyaya köçən kürdlər bu şəhərə ərazi iddiası ilə yerli türk adlarını məhv edirlər-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Urmiya şəhərinə köçən kürdlər Azərbaycan ərazilərinə iddia məqsədilə ona sığınacaq vermiş Azərbaycan türk millətinin topaqlarına nankorcasına ərazi iddiası irəli sürmk üçün Urmiyada yerli türk məhəllə adlarını pozaraq məhv etməyə çalışırlar.

Kürd terror qruplaşmalarının tərəfdarları olan mühacir kürdlər Urmiyada Qoyun körpüsü və Doşabçıxana məhəllələrinin adının türkcə olduğuna görə bu adların tablolarını qaralayıblar.

Bir müddət öncə isə terrorçu kürd qruplaşmaları özünün müxtəlif kanalları və şəbəkələri vasitəsilə öz tərəfdarlarından istəmişdir ki, yerli türk mənşəli tabloları Urmiyada məhv etsinlər.

Qeyd edək ki, irqçi fars rejimin birbaşa köməyi ilə son onilliklərdə minlərlə kürd İraqdan Güney Azərbaycana yerləşdirilib. Bundan məqsəd isə Azərbaycanın böyük bir hissəsini kürdləşdirib və Azərbaycandan qoparmaqdır.

Həmçinin yoxlayın

Məkkə sazişi ölkəkəri Tehrana səfər edib

GADTB: Pakistanın təklifi və İranın təşkilatçılığı ilə Tehranda İran, Pakistan, Türkiyə və Səudiyyə Ərəbistanı arasında …

BMT müharibənin İranda repressiyaları gücləndirdiyini bildirir

GADTB: BMT-nin İranda insan hüquqları üzrə xüsusi məruzəçisi Mai Sato deyib ki, müharibədən sonra İranda …

Bir cavab yazın