Kürd vali və irqçi rejimin dəstəyi ilə kürdlər Urmiyada terrora dəstək yürüşü keçirmək istəyir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim və onun Qərbi Azərbaycana təyin etdiyi kürd valinin dəstəyi ilə Qərbi Azərbaycana köçən kürdlər Türkiyə əleyhinə terrora dəstək aksiyası keçirmək istəyirlər.

Onlar Türkiyə Silahlı Qüvvələrinin oktyabrın 9-da Suriyanın şimalında antiterror əməliyyatına başlaması qarşı rejimin təhriki ilə terrorizmə dəstək aksiyası keçirməyə çalışırlar.

Bununla bağlı rejimin Urmiyada islahatçı düşərgəsinə aid bir qrup antitürk qüvvənin Türkiyənin Suriyanın şimalında kürd terror qruplaşmaları və İŞİD-ə qarşı həyata keçirdiyi “Barış pinarı” əməliyyatına qarşı etiraz aksiyası keçirməyə çalışır. Onlar irqçi fars rejimin təhlükəsizlik orqanlarının bir yürksək rütbəli rəsmisinin təşviqi ilə Qərbi Azərbaycan Valiliyinə müraciət edərək Urmiyada aksiya keçirmək üçün icazə istəyib. Hələlik nə cavab veriləcəyi məlum deyil.

Rejimin və mühacir kürdlərin terrorizmi dəstəkləmə cəhdi isə azərbaycanlı fəalların ciddi etirazı ilə qarşılaşıb və onlar rejimə və kürd terroristlərinin tərəfdarlarına xəbərdarlıq ediblər.

Qeyd edək ki, irqçi fars rejim də əməldə sübut etdi ki, kürd terrorçularını ciddi şəkildə dəstəkləyir və hətta İran ABŞ-ın sanksiyaları qarşısında onu dəstəkləyən Türkiyəyə belə qarşı çıxıb.

Həmçinin yoxlayın

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

GADTB: Azərbaycanda axtarışda olduqları üçün İrana sığınan “Hüseyniyyun” terror qruplaşmasının son həftələr Azərbaycan Respublikasına qarşı …

Urmiya gölünün su payı dövlətin laqeydliyi üzündən oğurlanır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin laqeydliyi və nəzarət etmədiyi üçün …

Bir cavab yazın