Çərşənbə axşamı , İyun 16 2026
azfa

“İran” qəzeti erməniləri, kürdləri və tatları Azərbaycanın əsil sahibləöri adlandırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, türk düşəni və anti-Azərbaycan “İran” qəzeti dünən çap olan sayında Azərbaycan tarixini təhrif edib. Qəzet qərəzli şəkildə Azərbaycanın əzəli əhalisi və sahibi olan türk xalqını buraya köçüb gələmə adlandırıb.

İran rejiminin rəsmi orqanı olna “İran” qəzeti eyni zamanda müxtəlif zamanlarda Azərbaycan türklərinin qonaqsevərliyindən istifadə edib, Azərbaycana köçən və hətta bu gün də köçməkdə olan kürdləri, erməniləri və tatları Azərbaycanın əsas və əzəli sahibləri kimi göstərmişdir.

İran dövlətinin rəsmi orqanı olan və fars rasizmini təbliğ edən qəzet 1918-ci ilə Güney Azərbaycanın qərb bölgəsində 200 min Azərbaycan türkünün ermənilər tərəfindən soyqırımını dəstəkləyib təşkil edən Qərb missionerlərindən statlar gətirməyə çalışıb. İran dövlətinin rəsmi orqanı olan “İran” qəzet Azərbaycan həqiqətlərini təhrif etməklə, Azərbaycan milləti və Azərbaycan dövlətinin milli mənafeyini hədəf alıb.

Qeyd edək ki, həmin qəzet 2006-cı ildə də Azərbaycan türklərini təhqir etmişdir.

Həmçinin yoxlayın

Molla rejimin zindanlarında siyasi məhbuslar edama qarşı aclıq aksiyası keçirir

GADTB: Molla rejimin zindanlarında həbsdə olan siyasi məhbuslar bu gün səhər saatlarından başlayaraq İranın 56 …

ABŞ və İran rəsmiləri razılaşmanın bəzi müddəalarına fərqli yanaşır

GADTB: “Vol Strit Jurnal” ın yazdığına görə, Amerika Birləşmiş Ştatları ilə İran 14 iyun tarixində …

Bir cavab yazın