Cümə axşamı , Oktyabr 29 2026
azfa

Rejim Güney Azərbaycanının qar altında qalan zəlzələ bölgələsinə yardımları dayandırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim noyabrın 8-də Güney Azərbaycanında baş verən zəlzələ bölgələrinə baş verən etirazları bəhanə edib, yardımı dayandırıb.

Hətta rejimin yanacağın qiymətini qaldırması azərbaycanlı fəalların zəlzələ bölgəsinə yardım aparmasını da çətinləşdirib.  

Adının açıqlanmasını istəməyən mənbə deyib ki, Miyana və Sarab rayonlarının kənd sakinləri bölgənin -12 dərəcəyə qədər düşən soyuq havada plastik çadırlarda yaşamağa məcbur olur. Son etirazlar zamanı ölkədə internetin kəsilməsi və ağır təhlükəsizlik şəraiti bu kəndlərə dövlət tərəfindən yardımların kəsilməsinə səbəb olub, xalq və mədəni fəallar tərəfindən toplanan yardımların göndərilməsi çətinləşib.

Həmin mənbənin dediyinə görə, zəlzələdə xəsarət alan kəndlər Bozquş dağının ətəyində yerləşən kəndlərdir və bu bölgənin havasının soyuqluğu, qar və güclü külək səbəbi ilə xalq tərəfindən toplanan yardımları daşıyan maşınlar bəzi kəndlərə gedib çata bilməyib.

Sarab rayonunun millət vəkili təcili şəkildə 500 sığınacaq vaqonunun bölgəyə göndərilməsini tələb edib.

Millət vəkili deyib: “Artıq bir neçə gündür ki, müxtəlif tribunalardan bunu tələb edirəm, ancaq hələ də yardımdan heç xəbər yoxdur. Sarabın coğrafi və hava şəraiti ilə tanış olan hər kəs bilir ki, zəlzələ baş verən rayonlarda xalq arasında çadırların paylanması mənasızdır. Havanın soyuqluğu zəlzələnin episentrinə yaxın olan Çiçəkli kimi kəndlərdə dözülməzdir”.

Həmçinin yoxlayın

Qərb kəşfiyyatı İrandan gələn terror təhlükəsindən narahatdır

GADTB: Fransanın “Le Monde” qəzeti və Britaniyanın MI5 kəşfiyyat xidmətinin məlumatına görə, İranın Avropadakı casusluq, …

Türkiyədə Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurasının iclası keçirildi

GADTB: Ankarada 29-30 oktyabr 2026-cı il tarixlərində keçiriləcək 13-cü Türk Dövlətləri Təşkilatı (TDT) Zirvə Görüşü …

Bir cavab yazın