Çərşənbə axşamı , Oktyabr 27 2026
azfa

ABŞ irqçi fars rejimə qarşı daha sərt sanksiyalar tətbiq edəcəyini bildirir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ Dövlət katibi Mayk Pompeo deyib ki, qarşıda daha çox sanksiyalar olacaq.

O, bu sözləri aksiyalardan görüntü yayaraq Rabitə naziri Məhəmməd Cavad Cəhruminin sanksiyasına işarə edərək yazıb.

“Son etiraz aksiyalarında zorakılıq edildiyi ilə bağlı millət tərəfindən 20 min mesaj almışıq”, – o bildirib.

Xatırladaq ki, Pompeo bundan öncə də Tehran rejimi tərəfindən aksiyalarda zorakılıq ilə bağlı şəkil, video və mətn aldığını bildirmişdi. İnternetin bağlanmasına görə Rabitə nazirini sanksiya tətbiq edilmiş şəxslərin siyahısına əlavə edib. O, eləcə də paylaşımında Rabitə nazirini “yalançı İran naziri” adlandırıb.

Qeyd edək ki, bir çox təhlilçinin Trampın aksiyalarla bağlı mövqeyinin zəif və yetərsiz olduğunu düşünündükləri halda ABŞ Dövlət katibinin mövqeyi dəstək məqsədi daşıyır.

Həmçinin yoxlayın

Məkkə sazişi ölkəkəri Tehrana səfər edib

GADTB: Pakistanın təklifi və İranın təşkilatçılığı ilə Tehranda İran, Pakistan, Türkiyə və Səudiyyə Ərəbistanı arasında …

BMT müharibənin İranda repressiyaları gücləndirdiyini bildirir

GADTB: BMT-nin İranda insan hüquqları üzrə xüsusi məruzəçisi Mai Sato deyib ki, müharibədən sonra İranda …

Bir cavab yazın