Cümə axşamı , Oktyabr 29 2026
azfa

Mayk Pensdən İran adlanan ölkədə etirazlarla bağlı açıqlama

GADTB-nin Mətbuat Mərkəzinin “axar.az” saytına istinadən yaydığı məlumata görə, ABŞ-ın mövcud rəhbərliyi İrandakı etiraz hərəkatını görməzdən gələrək, sələflərinin səhvlərini təkrarlamayacaq. Bu sözləri ABŞ-ın vitse-prezidenti Mayk Pens deyib.

Pens açıqlama verərək deyib: “Prezident və mən digərlərinin etdiyi kimi, İran xalqının qəddar rejimə qarşı qəhrəmanlıq mübarizəsini görməzdən gələrək keçmişin biabırçı səhvlərini təkrar etməyəcəyik. İran xalqının artan müqaviməti azadlıq və tiranlığa qarşı mübarizə aparan hər kəsə ümid və inam verir”.

Qeyd edək ki, dekabrın 28-dən İran adlanan ölkədə kütləvi etiraz aksiyaları keçirilir.

Həmçinin yoxlayın

Ermənistan parlamenti ABŞ-la TRIPP layihəsi üzrə sazişi təsdiqləyib

GADTB: Ermənistan parlamenti “Ermənistan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında TRIPP layihəsi üzrə strateji əməkdaşlıq …

Azərbaycanlı milli hərəkat fəalı Əbdüləziz Əzimi Qədim Evin zindanının 209-cu bölməsinə köçürülüb

GADTB: Azərbaycanlı milli hərəkat fəalı Əbdüləziz Əzimi Qədimə qarşı təhlükəsizlik və məhkəmə orqanlarının təzyiqlərinin davam …

Bir cavab yazın