Cümə , Oktyabr 23 2026
azfa
Qaynar xəbər

Quduzlaşmış irqçi fars rejim intihara hazırlaşır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim bütün təzyiqlərə baxmayaraq terrorçuluqdan və dağıdıcı siyasətindən əl çəkmir. Artıq quduzlaşmış Xamneyinin göstərişi ilə rejimin Təhlükəsizlik Şurasının ABŞ-a 13 cavab variantını hazırladığı bildirilir.

Quduzlaşmış Xamneyi terrorçu SEPAH-ın Qüds briqadasının büdcəsini 200 milyon avro artırıb.

Bütün bunlar isə ABŞ-ın regiona hərbi qüvvə, bombardumançılar və desant qüvvələri yeritdiyi bir vaxtda rejimin intiharı mənasına gəlir.

Qeyd edək ki, ABŞ regiona desant qüvvələr, gəmilər, təyyarələr gətirməklə bərabər Hind okeanındakı Dieqo Qarsia adasına 6 ədəd B-52 nüvə bombardmançı təyyarəsi göndərmək niyyətindədir.

Adaya yerləşdiriləcək təyyarələrin İrana müdaxilə etmək üçün hazır vəziyyətdə olacağı qeyd edilib.

Televiziya Dieqo Qarsia adasının İrana 4 min kilometr məsafədə yerləşdiyini bildirib. Bununla Vaşinqtonun öz təyyarələrini İranın “Şahab” və “Sumar” kimi raketlərindən qorumağa çalışdığı vurğulanıb.

Həmçinin yoxlayın

Tehran yeraltı obyektlərində raket və dron istehsalını bərpa edib

GADTB: Molla rejimi yeraltı obyektlərdə raket və pilotsuz uçuş aparatlarının (PUA) istehsalını bərpa edib. Bəzi …

Molla rejimi məcburi hicaba qarşı çıxanları sıxışdırdığı və milyonlarla türkün ana dilində təhsil hüququnu məhdudlaşdırdığı halda, Azərbaycan Respublikasından hicablı qızları universitetlərində təhsil almağa dəvət edir – Video

GADTB: İranın elm naziri video paylaşaraq Azərbaycan Respublikasından hicablı qızları İran universitetlərində təhsil almağa dəvət …

Bir cavab yazın