Bazar ertəsi , Oktyabr 26 2026
azfa

Türkiyə Suriyanın İdlib vilayəti ilə sərhəddə hərbi texnika yeritdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Suriyanın İdlib vilayəti ilə sərhəddə hərbi texnika cəmləşdirir.

Artıq zirehli texnika və hərbi sursat yüklü maşınlardan ibarət karvan Qaziantepin İslahiyə qəsəbəsinə çatıb.

Hərbi texnika Suriyanın İdlib vilayəti ilə sərhəddə yerləşən Hatay rayonundakı hərbi hissələri gücləndirmək məqsədi ilə göndərilir.

Qeyd edək ki, hazırda Suriyada Bəşər Əsədə sadiq qüvvələr müxaliflərin  nəzarətindəki sonuncu ən böyük yaşayış məskəni olan İblib vilayətinə hücum etməkdədir. Bununla əlaqədar Türkiyə ilə sərhəddə evlərini tərk edən yüz minlərlə suriyalı toplaşıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iki gün əvvəl Suriya ordusu İdlibə hücumları dayandırmazsa, hərbi müdaxilə planının da masada olduğunu bəyan edib.

Həmçinin yoxlayın

Məkkə sazişi ölkəkəri Tehrana səfər edib

GADTB: Pakistanın təklifi və İranın təşkilatçılığı ilə Tehranda İran, Pakistan, Türkiyə və Səudiyyə Ərəbistanı arasında …

BMT müharibənin İranda repressiyaları gücləndirdiyini bildirir

GADTB: BMT-nin İranda insan hüquqları üzrə xüsusi məruzəçisi Mai Sato deyib ki, müharibədən sonra İranda …

Bir cavab yazın