Pompeo türk ölkəsi Qazaxıstanı ABŞ şirkətləri ilə əməkdaşlığa çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ Dövlət katibi Maykl Pompeo Qazaxıstana səfər edib. O türk ölkəsi Qazaxıstanı ABŞ şirkətləri ilə əməkdaşlığa çağırıb.

M. Pompeo qazaxıstanlı həmkarı Muxtar Tleuberdi ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib ki, Vaşinqton Qazaxıstanın digər ölkələrlə əlaqə qurmağa çalışmasını dəstəkləyir, ancaq Qazaxıstanı ABŞ şirkətləri ilə əməkdaşlığa çağırır.

 M. Pompeo bildirib ki, ABŞ şirkətləri ilə əməkdaşlığın istənilən dövlət üçün ən yaxşı nəticələrə gətirib çıxardığına əmindir.

Həmçinin yoxlayın

Molla rejimi quşaçaylı Yəqub Kərimipuru edam edib

GADTB: Hökumətə yaxın media orqanları Quşaçay (Miyandab) sakini, türk əsilli və Goran məzhəbinə mənsub Yəqub …

Nobitex-in İranın hakim dairələri ilə dərin əlaqələri üzə çıxdı

GADTB: Reuters agentliyi İranın ən böyük kriptovalyuta birjası olan Nobitex ilə İslam Respublikasının keçmiş xarici …

Bir cavab yazın