Cümə , Avqust 21 2026
azfa

Xameneinin istefasını istəyən ziyalılar həbsə mǝhkum edildilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, regionda ciddi insanı fəlakətə səbəbkar olan Xmaeneinin istefasını istəyən 8 ziyalı və fəal cəmi 72 il həbs cəzasına məhkum edildi.

2019-cu ilin avqustunda yazdıqları ortaq bir məktubda Xameneinin istefasını tələb edənlərlə bağlı görülən məhkəmə işində konkret qərar qəbul edildi.

Rejimin Məşhəddəki İnqilab Məhkəməsi “İnqilab qurucuları və ölkə rəhbərini təhqir etmək, ictimaiyyəti çaşdırmaq, xarici mətbuat təşkilatları ilə əməkdaşlıq etmək, qanunlara zid danışıqlar etmək” kimi cinayətlərlə ittiham edilən fəallar 1 ildən 26 ilədək həbs cəzasına məhkum edildilər.

Məhkəmə Əbdürrəsul Murtazevini 26 il, Muhammed Hüseyn Sepehri və Fatma Sepehrini 6, Haşim Rəcaini 1, Muhammed Hüseynpur və Murtaza Qasımini 16, Haşim Hastarı 16 il həbs cəzasına məhkum etdi.

Həmçinin yoxlayın

Trampın İrana qarşı yeni tədbirləri Çinə ciddi xəbərdarlıqdır

GADTB: Nüvə İranına Qarşı Birliyin (UANI) siyasi direktoru Ceyson Brodski ABŞ prezidenti Donald Tramp administrasiyasının …

ABŞ-ın Körfəzdəki yeni aviadaşıyıcısı fəaliyyətə başlayıb

GADTB: ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS George Washington (CVN 73)” aviadaşıyıcısı fəaliyyətə başlayıb. Bu …

Bir cavab yazın