Cümə , Avqust 21 2026
azfa

İran rejiminin təhlükəsizlik qüvvələri çoxsaylı azərbaycanlı öyrənciləri həbs edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran adlanan ölkənin təhlükəsizlik qüvvələri Güney Azərbaycan şəhərlərində, xüsusilə Urmiya və Təbriz Universitetlərinin çoxsaylı öyrəncilərini həbs edib.

Dünən yanvar ayının 5-də Təbrizdə Azərbaycan türk millətinin etiraz aksiyasından sonra İran adlanan ölkənin təhlükəsizlik qüvvələri Təbriz İncəsənət Universitetinin öyrəncisi, “Caməə” öyrənci jurnalının məsul redaktoru Aydın Möhsünnəjadın Xoy şəhərində yerləşən evində axtarış aparıb, onun şəxsi əşyalarını zəbt ediblər.

Aydın Möhsünnəjad evdə olmadığı üçün onun atasını həbs edib, ailəsini isə hədələyərək bildiriblər ki, Aydın özünü təhlükəsizlik qüvvələrinə təqdim etməyənədək atası həbsdə qalacaq.

Urmiyada baş tutan etiraz aksiyalarında da şənbə günü Urmiya Universitetinin öyrənciləri Neda Əhmədi və Seyvan Kəlami yaxalanaraq, həbsdə saxlanılırlar.

Həmçinin öyrəncilər Əli Qədiri, Əlirza Moinian, Meysəm Şərif və Neda Əhmədi də həbs ediliblər.

Vaxtilə Əhmədinəjadın parlament üzrə müavini Tcəddininin toefl sənədinin saxta olduğunu söyləyən Fərzam Moininin də evinə təhlükəsizlik qüvvələri hücum ediblər.

Həmçinin yoxlayın

Trampın İrana qarşı yeni tədbirləri Çinə ciddi xəbərdarlıqdır

GADTB: Nüvə İranına Qarşı Birliyin (UANI) siyasi direktoru Ceyson Brodski ABŞ prezidenti Donald Tramp administrasiyasının …

ABŞ-ın Körfəzdəki yeni aviadaşıyıcısı fəaliyyətə başlayıb

GADTB: ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS George Washington (CVN 73)” aviadaşıyıcısı fəaliyyətə başlayıb. Bu …

Bir cavab yazın