Çərşənbə axşamı , Oktyabr 27 2026
azfa

İdlibdə xalq türklərin zəfərini bayram etdi – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Suriyanın İdlib şəhəri və ətraf ərazilərini Bəşər Əsəd rejimi və terrorçulardan təmizləmək üçün təşkil edilən “Bahar qalxanı” hərbi əməliyyatlarına yerli xalq böyük dəstək nümayiş etdirib.

Türkiyə və Suriyanın bayraqları ilə küçələrə axışan kütlə rejimə qarşı şüarlar səsləndirib.

Dinc əhali Əsəd rejimi cəbhəsində savaşan Rusiya və İranı protest edərək türkcə və ərəbcə “9 ildə ilk dəfə səmadakı bir təyyarədən qorxmadıq”, “türklərin müdaxiləsini məmnuniyyətlə qarşılayırıq”, “Çanaqqalada məzarlarımız qonşu idi, İdlibdə qanlarımız qarışdı” yazıları ilə pankartlar açıb.

Suriya xalqı dəstək üçün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.

Həmçinin yoxlayın

Məkkə sazişi ölkəkəri Tehrana səfər edib

GADTB: Pakistanın təklifi və İranın təşkilatçılığı ilə Tehranda İran, Pakistan, Türkiyə və Səudiyyə Ərəbistanı arasında …

BMT müharibənin İranda repressiyaları gücləndirdiyini bildirir

GADTB: BMT-nin İranda insan hüquqları üzrə xüsusi məruzəçisi Mai Sato deyib ki, müharibədən sonra İranda …

Bir cavab yazın