Çərşənbə axşamı , Oktyabr 27 2026
azfa

Türkiyə koronavirus təhlükəsinə görə bu ölkələrə səfərləri dayandırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin bütün sərhəd qapıları Almaniya, İspaniya, Fransa, Avstriya, Norveç, Danimarka, İsveç, Belçika və Hollandiyadan gələnlərə bağlanıldı.

Türkiyənin daxili işlər naziri Süleyman Soylunun imzasıyla yeni tip korona virusu “Covid-19” epidemiyasıyla mübarizə ilə əlaqədar verilən qərara əsasən Türkiyədən də bu ölkələrə səfərlər müvəqqəti dayandırılıb.

Qərarda bildirilir: “Sözügedən ölkələrin vətəndaşları ilə yanaşı son 14 gün boyu həmin ölkələrdə olan digər üçüncü ölkə vətəndaşları 14 mart Türkiyə saatı ilə 08.00-dan etibarən Türkiyəyə qəbul edilməyəcək. O ölkələrin vətəndaşlarının isə Türkiyədən çıxışlarında hər hansı bir məhdudlaşdırma olmayacaq. Türkiyə cümhuriyyəti vətəndaşlarının adı çəkilən ölkələrə səfərləri müvəqqəti dayandırılır. Digər ölkələrlə əlaqədar isə Çin, İran, İraq, Cənubi Koreya və İtaliya tətbiqlərində olduğu kimi, Türkiyə Səhiyyə Nazirliyi tərəfindən təyin olunan üsul və qaydalara görə, xarici səfərdən qayıdanlar müayinə, idarə və 14 günlük karantinə alınacaq”.

  Qeyd edək ki, Almaniya, Fransa, İspaniya, Norveç, Danimarka, Belçika, Avstriya, İsveç və Hollandiyaya uçuşlar da 17 aprel tarixinə qədər dayandırılıb.

Həmçinin yoxlayın

Məkkə sazişi ölkəkəri Tehrana səfər edib

GADTB: Pakistanın təklifi və İranın təşkilatçılığı ilə Tehranda İran, Pakistan, Türkiyə və Səudiyyə Ərəbistanı arasında …

BMT müharibənin İranda repressiyaları gücləndirdiyini bildirir

GADTB: BMT-nin İranda insan hüquqları üzrə xüsusi məruzəçisi Mai Sato deyib ki, müharibədən sonra İranda …

Bir cavab yazın