Çərşənbə axşamı , May 7 2024
azfa

Ermənilər dünya türklərinə qarşı ASALA terror təşkilatını yenidən qurur

GADTB-nin Mətbuat Mərkəzinin yaydığı məlumata görə, 1984-cü ildə ləğv edildiyi açıqlanan millətçi erməni terror təşkilatı ASALA Gürcüstanın Cavaxetiya bölgəsində “Virk-Yerkir” adı ilə yenidən qurulur.

Bu barədə Beynəlxalq Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksel Gülbey açıqlama verib.

Onun sözlərinə görə, “Virk-Yerkir”in keçmiş rəhbəri Vaaqn Çakalyan 2008-ci ildə silahlı qruplaşma quraraq, separatçılığa cəhd etmək və silah alveri ittihamı ilə həbs olunub: “Rusiyanın bölgədəki siyasətini həyata keçirmək üçün Ermənistan və digər ölkələrdə yaşayan ermənilərdən istifadə edirlər. Bu baxımdan, Cavaxetiya problemi bəsit məsələ deyil. Cavaxetiya problemi Dağlıq Qarabağın ermənilər tərəfindən işğalı ilə eyni vaxtda başlayıb. Bölgədə idarəçilik bir müddət erməni dəstələrinin əlində olub. Lakin ermənilər Qarabağ münaqişəsi həll olunmadan Gürcüstanın sərhədləri bağlamaması üçün hələlik bəzi tələblərini irəli sürmürlər. Ruslar Axalkalakidəki bazanı boşaldaraq bölgədən çıxanda özləri ilə aparmadıqları bəzi kiçik çaplı silahlar Cavaxetiya bölgəsindəki “Virk-Yerkir” erməni terror təşkilatına qaldı”.

G.Göksel vurğulayıb ki, Gürcüstanda yaşayan Azərbaycan türklərinin həyatı təhlükədədir.

“Bu gün Gürcüstanın Borçalı bölgəsində 600 mindən çox azərbaycanlı yaşayır. Xüsusilə Cavaxetiya bölgəsinə yaxın kənd və qəsəbələrdə yaşayan azərbaycanlılar təhlükə altındadır. Tarixdə ermənilərin türklərə qarşı soyqırımılarını nəzərə alaraq deyə bilərik ki, silahlı erməni terror təşkilatı Borçalıda ikinci Xocalı soyqırımını həyata keçirə bilər. Bunun baş verməməsi üçün Gürcüstan, Azərbaycan və Türkiyə rəsmiləri təcili şəkildə məsələyə müdaxilə etməlidir”, – deyə Göksel vurğulayıb.

Həmçinin yoxlayın

Molla rejimin həbs etdiyi azərbaycanlı milli fəal məzuniyyətə buraxılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin Tehrandaki Evin zindanında həbsdə saxladığı …

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Media Turk TV”-də “Rusiya Ukraynanı “zəlzələ effektli” bomba ilə vurdu” mövzusunda çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) və Güney …

Bir cavab yazın