GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejiminin ETTELAAT qüvvələri Ələhvaz bölgəsində Zamin Kavusi adlı bir ərəb gənci heç bir məhkəmə qərarı olmadan İŞİD-in üsulundan daha vəhşi üsulla işgəncə ilə hamının gözü qarşısında qətlə yetiriblər.
Molla rejiminin cinayətkar ETTELAAT qüvvələri gənci tutub heç bir məhkəmə qərarı olmadan ayaqlarını iki avtomobilə bağlayıb və əks istiqamətlərə sürməklə gənci ortadan şaqqalayıblar.
Qeyd edək ki, irqçi fars-molla rejiminin zülmünə məruz qalan ərəb gənc qətlə yetirilmədən öncə özünü müdafiə zəminində rejimin ETTELAAT qüvvələri məmurunu çiynindən yaralıyıb.
Videodan göründüyü kimi rejimin cinayətkar ETTELAAT qüvvələridir və onlar müdafiəsiz ərəb gəncini vəhşiliklə İŞİD üsulu ilə öldürdükləri üçün özlərini qalib kimi aparırlar. Halbuki, dünyanın heç bir yerində hətta düşmən ölkənin əsirlərinə qarşı da belə qəddarcasına davranmırlar.
Ərəb gənc öldürüləndən öncə video çəkərək deyir ki, mən kimsəyə hücum etməmişəm, yalnız özümü müdafiə etmişəm. 4 güllə var idi və məmurların birini çiynindən yaraladım. 30 yaşım var və 15 ildir zindanda mənə işgəncə veriblər.