Şənbə , Oktyabr 24 2026
azfa

Brenda Şafer İran zindanlarında həbsdə olan azərbaycanlı fəalların ağır vəziyyətindən yazdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, məşhur amerikalı alim,  Harvard universitetinin professoru Brenda Shaffer İran zindanlarında həbsdə olan azərbaycanlı fəalların vəziyyətinin nigaranlıq doğurduğu ilə bağlı paylaşım edib.

Shaffer öz Twitter səhifəsində İranın zindanlarında koronavirusa yoluxmalar və həbsdə olan milli fəallarla bağlı yazıb : “İranda həbsdə olan milli fəalların səhhəti ilə bağlı narahatlıqlar artır.”

Qeyd edək ki, azərbaycanlı siyasi məhbus və milli fəallar Lətif Həsəni, Abbas Lisani, Tövhid Əmir Əmini və Məhəmməd Əbdulməhəmmədzadə koronavirusa yoluxma təhlükəsinə baxmayaraq bu hələ də həbsdə saxlanılırlar. Molla rejimi  azərbaycanlılar və beynəlxalq insan hüquqları təşkilatlarının tələbinə məhəl qoymur.

Həmçinin yoxlayın

ABŞ İrana yeni zərbələr dalğasına hazırlaşır

GADTB: “The Wall Street Journal” qəzeti hərbi planlaşdırma ilə tanış amerikalı rəsmilərə istinadən xəbər verir …

Təbriz bələdiyyəsinin sürücülərinin qeyri-müəyyən vəziyyəti davam edir, işdən çıxarılmaqla hədələnirlər

GADTB: Təbriz bələdiyyəsinin 10 bölgəsində çalışan sürücülərin Şəhər Şurasının qarşısında keçirdikləri etiraz aksiyasından təxminən iki …

Bir cavab yazın