Cümə axşamı , Oktyabr 29 2026
azfa

İraqdakı türkmanları seçkilərdə İraq Türkmanları Cəbhəsi təmsil edəcək

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, İraqda may ayında baş tutacaq ümumi və yerli seçkilərdə bütün türkmanları İraq Türkmanları Cəbhəsi təmsil edəcək.

İraq Türkman Cəbhəsi, Milliyyətçi Türkman Hərəkatı, Türkmaneli, Türkman Qərar, İslami Türkman Vəfa Hərəkatı və İraq Türkman İslami Partiyaları qatılacaq.

İraq Türkmanları Cəbhəsinin lideri Ərşad Salehi sözügedən partiyalardan əlavə Bədir təşkilatına bağlı Türkman və suveren namizədlərin də koalisiyada yer alacağını bildirib.

Qeyd edək ki, İraq Nazirlər Kabineti ümumi və regional seçkilərin mayın 12-də keçirilməsini qərarlaşdırıb.

Həmçinin yoxlayın

Qərb kəşfiyyatı İrandan gələn terror təhlükəsindən narahatdır

GADTB: Fransanın “Le Monde” qəzeti və Britaniyanın MI5 kəşfiyyat xidmətinin məlumatına görə, İranın Avropadakı casusluq, …

Türkiyədə Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurasının iclası keçirildi

GADTB: Ankarada 29-30 oktyabr 2026-cı il tarixlərində keçiriləcək 13-cü Türk Dövlətləri Təşkilatı (TDT) Zirvə Görüşü …

Bir cavab yazın