Bazar ertəsi , Oktyabr 26 2026
azfa

Sidneydə irqçi fars rejiminə qarşı etiraz aksiyası – şəkil/video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün 2018-ci il yanvar ayının 14-də Avstraliyanın Sidney şəhərinin mərkəzində irqçi fars rejiminə qarşı etiraz aksiyası keçirilib. Aksiya GADTB Xarici Əlaqələr Departamentinin sədri, Avstraliya Azərbaycan Assosasiyasının rəhbəri sayın Mikayıl Oyta və GADTB Maliyyə Departamentinin sədir sayın Sima xanımın təşkilatçılığı ilə baş tutub.

Aksiya Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB), Avstraliya-Azərbaycan Assosasiyası və Avstraliya Yaşıllar Partiyasının iştirakı ilə keçirilib. Aksiya iştirakçıları Güney Azərbaycan türk millətinin müstəqillik mücadiləsini dəstəkləmiş və İran şovinist fars molla rejimi tərəfindən yüzlərlə şəhərdə müxtəlif xalqların etiraz aksiyasını yatırmasını pisləmişlər.

Aksiya iştirakçıları “Stop racism against Turks in İran” (İranda türklərə qarşı irqçiliyə son), “South Azerbaijan is not İran” (Güney Azərbaycan İran deyil), “Freedom for women in Iran” (İranda qadınlara azalıq), “Stop executions in İran” (İranda edama son) və s. şuarlar yazılmış plakardlar qaldırmışlar.

Aksiyadan GADTB Xarici Əlaqələr Departamentinin sədri sayın Mikayıl Oytanın Azərbaycan türkcəsində reportajı:

Aksiyadan GADTB Xarici Əlaqələr Departamentinin sədri sayın Mikayıl Oytanın ingiliscə reportajı:

Sidneydə keçirilən etiraz aksiyasından şəkilləri təqdim edirik:

 

 

 

 

 

 

Həmçinin yoxlayın

Özbəkistan Səmərqəndin tarixi irsinin fars irsi kimi təqdim edilməsinə etiraz etdi; İranın səfiri çağırıldı

GADTB: Özbəkistan Xarici İşlər Nazirliyi İranın bəzi diplomatik nümayəndəliklərinin Səmərqəndin tarixi irsinin bir hissəsinin “İran-islam …

İran-ABŞ arasında vasitəçilik üçün Qətər nümayəndə heyəti Tehrana gedib

GADTB: “Al Araby Al Jadeed” nəşri xəbər verib ki, İran və ABŞ arasında vasitəçilik səyləri …

Bir cavab yazın