Çərşənbə axşamı , Oktyabr 27 2026
azfa

“Gələcək” dərgisi bir il təxirlə nəhayət nəşr edilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə,Təbriz Universitetində azərbaycanlı öyrənci fəallar tərəfindən hazırlanmış “Gələcək” dərgisinin lisenziyası bir il öncə verilsə də, dərginin nəşr olunmasına ancaq bir ildən sonra icazə verilib.

Keçən il aprelin 10-da “Gələcək” dərgisinin çap olunması ilə bağlı lisenziya həmin dərginin məsul müdiri olan Səid Çərəndabiyə verilsə də, onun nəşrinə bir il müddətində icazə verilməyib.

Səid Çərəndabi öz Facebook səhifəsində dərginin birinci sayının cildinin şəklini paylaşaraq yazıb ki, “dərgiyə lisenziyanın alındığı tarixdən təxminən bir il sonra və bir çox mübahisə və çəkiş-bərkişdən sonra jurnalın ilk sayı nəhayət çap olundu və Təbriz Universiteti mətbəəsi tərəfindən bizə təhvil verildi.”

Həmçinin yoxlayın

Məkkə sazişi ölkəkəri Tehrana səfər edib

GADTB: Pakistanın təklifi və İranın təşkilatçılığı ilə Tehranda İran, Pakistan, Türkiyə və Səudiyyə Ərəbistanı arasında …

BMT müharibənin İranda repressiyaları gücləndirdiyini bildirir

GADTB: BMT-nin İranda insan hüquqları üzrə xüsusi məruzəçisi Mai Sato deyib ki, müharibədən sonra İranda …

Bir cavab yazın