Bazar , Oktyabr 25 2026
azfa

İrqçi fars rejimə qarşı qətnamə qəbul edildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) İranın nüvə proqramının məhdudlaşdırılmasına dair mübahisədə rəsmi Tehrana qarşı təzyiqi artırıb.

BAEA-nın İdarə Heyətinin qəbul etdiyi qətnamədə İrandakı iki nüvə mərkəzinə girişə icazə verilməsi tələb olunub. Bu barədə məlumatı beynəlxalq qurumdakı diplomatlar təsdiqləyiblər.

Qeyd edilməlidir ki, bu qətnamə 2012-ci ildən bəri İrana qarşı qəbul edilən ən sərt sənəddir. BAEA-dan verilən məlumatda iddia olunur ki, qətnamədə göstərilən hər iki nüvə mərkəzi ölkənin indiyədək məlum olan nüvə proqramında əksini tapmır. Bununla belə, beynəlxalq qurum ötən dövr ərzindəki fəaliyyət və ümumi nüvə materialları barədə məlumatların düzgün ötürülməsini də yoxlamaq istəyir.

Bu həftənin əvvəlində rəsmi Tehran belə bir qətnamənin qəbul olunmasını qeyri-məhsuldar olduğunu və buna müvafiq tədbirlərlə cavab veriləcəyini elan etmişdi. ABŞ 2015-ci ildə nüvə proqramına dair sazişi tərk etdiyinə görə, İran tərəfi həmin sazişin müddəalarına riayət etməyə məcbur olmadını bildirir.

Həmçinin yoxlayın

ABŞ İrana yeni zərbələr dalğasına hazırlaşır

GADTB: “The Wall Street Journal” qəzeti hərbi planlaşdırma ilə tanış amerikalı rəsmilərə istinadən xəbər verir …

Təbriz bələdiyyəsinin sürücülərinin qeyri-müəyyən vəziyyəti davam edir, işdən çıxarılmaqla hədələnirlər

GADTB: Təbriz bələdiyyəsinin 10 bölgəsində çalışan sürücülərin Şəhər Şurasının qarşısında keçirdikləri etiraz aksiyasından təxminən iki …

Bir cavab yazın