Şənbə , Sentyabr 5 2026
azfa

Kürd terrorizmini pislədiyi üçün rejimin həbs etdiyi fəallardan Nəsrin Əhmədi zaminə buraxıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Marağada kürd terrorizmini pislədiyi üçün həbs etdiyi 60 nəfər azərbaycanlı fəaldan hələlik yalnız Nəsrin Əhmədi mülki vəsiqə girov qoymaqla zaminə buraxılıb.

Qeyd edək ki, Nəsrin Əhmədi bundan öncə də bir neçə dəfə rejimin Marağada yerləşən ETTELAAT İdarəsi tərəfindən hədələnib və yaxalanmışdır.

İrqçi fars rejim bu dəfə yaxaladığı azərbaycanlı fəalları işgəncə verməkdədir və onların vəziyyəti barədə heç bir məlumat vermir.

İyunun 4-də rejimin yaxaladığı azərbaycanlı fəallardan hələlik heçmbir məlumat verilmir.

Yaxalanan azərbaycanlıların təkcə günahı azərbaycanlı əsgərləri sərhəddə öldürən PKK və PJAK terrorçuların terror əməlini pisləmək olub. Məlumata görə Marağaya gəlib Kavə Soda zavodunda işləyən kürdlər bu Azərbaycan şəhərində azərbaycanlı əsgərlərin terrorçular tərəfindən öldürülməsinə şənlik təşkil etmişlər. Bu isə azərbaycanlı fəalların etirazı ilə qarşılaşıb. Rejim şəhərdə əsgərlərin öldürülməsinə rəqs təşkil edən terrorçu kürdləri cəzalandırmaq yerinə azərbaycanlı fəalları həbs edib.

Həmçinin yoxlayın

“Balaca Qarabalıq” tamaşası səhnəyə qoyulub

GADTB: Tanınmış azərbaycanlı yazıçı Səməd Behrənginin əsəri əsasında hazırlanan “Balaca Qarabalıq” türk tamaşası Yaqub Sədiq-Cəmalinin …

İran rejiminə məxsus neft tankeri Xark adasında ABŞ-ın raket hücumuna məruz qalıb

GADTB: İran rejiminə məxsus bir neft tankeri Xark adasında ABŞ qüvvələrinin raket hücumuna məruz qalıb. …

Bir cavab yazın