Şənbə , May 18 2024
azfa

Avstraliya Azərbaycan Assosiasiyası və GADTB-nin Avstraliyada Azərbaycana dəstək aksiyası Azərbaycanda saytlarında əks etdirildi

 GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya Azərbaycan Assosiasiyası və GADTB-nin təşkilatçılığı ilə dünən Sidneydə keçirilən Azərbaycana dəstək aksiyası bir sıra Azərbaycan saytlarında da işıqlandırılıb.

AZƏRTAC bu barədə yazır ki, iyulun 23-də Avstraliya Azərbaycan Assosiasiyasının (AAA) üzvləri Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycanla sərhəddə törətdiyi hərbi təxribata etiraz bildirmək məqsədilə Sidney şəhərində etiraz aksiyası keçiriblər.

Yeni Cənub Uels ştatının parlament binası önündə keçirilən etiraz aksiyasında “Yaşasın Azərbaycan!” və “Qarabağ Azərbaycandır!” şüarları səsləndirilib, Ermənistanın təcavüzünə son qoyulmasına çağırıblar.

Qeyd edək ki, Yeni Cənub Uels ştatında koronavirus pandemiyasının qarşısının alınması məqsədilə tətbiq olunan qaydalara əməl edərək məhdud sayda və sosial məsafə gözlənilməklə təşkil olunmuş aksiyada iştirak edən azərbaycanlılar Ermənistanın işğalçı siyasəti barədə həqiqətləri ştat parlamentarilərinə və yerli ictimaiyyət nümayəndələrinə çatdırmağa çalışıblar.

Aksiyadan sonra diaspor təşkilatının ofisində toplaşan həmyerlilərimiz düşmən təcavüzü nəticəsində şəhid düşmüş hərbçilərimizi yad edərək, hər zaman dövlətimizin və xalqımızın yanında olduqlarını bildiriblər.

Həmçinin yoxlayın

Molla rejimi Məlikkəndidə azərbaycanlı məhbusa 80 şallaq zərbəsi vurdu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Məlikkəndidə (Məlikan) azərbaycanlı məhbusa 80 …

Molla rejimi azərbaycanlı milli fəal İbrahim Rəşidini (Savalan) prokurorluğa çağırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi  azərbaycanlı yazıçı, jurnalist və fəal …

Bir cavab yazın