Azərbaycan Rəşt-Astara dəmir yolu layihəsində 50 faizlik paya malik olacaq

Azərbaycan Rəşt-Astara dəmir yolu layihəsinin icrasına 500 milyon dollarlıq investisiya qoymaqla, bu layihədə 50 faizlik paya malik olacaq.  Bu sözləri İran adlanan ölkənin yol və şəhərsalma nazirinin müavini Əsğər Fəxriyə Kaşan deyib.

O bildirib ki, Rəşt-Astara dəmir yolu layihəsinin icrası ilə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin əsas hissəsi istifadəyə hazır vəziyyətə gətirilmiş olacaq və bu marşrutdan istifadə edərək, Hindistan və Çin öz məhsullarını Mərkəzi Asiya, Azərbaycan, Rusiya və Avropaya nəql edə biləcək.

Nazir müavini həmçinin qeyd edib ki, Rəşt-Astara dəmir yolunun istifadəyə verilməsi ilə İranın cənubundan yüklərin Avropaya göndərilməsi də xeyli asanlaşacaq və ölkənin valyuta gəlirləri artacaq.

Ə.F.Kaşan İtaliya, Rusiya və Çin şirkətlərinin də Qəzvin-Rəşt-Astara-Astara dəmir yolu layihəsinə investisiya yatırmaq istəklərini bildirib.

Həmçinin yoxlayın

İranlı nazirdən iddia: “Nizami Gəncəvinin bütün şeirləri fars dilindədir”

GADTB: İranın “Cinema Press” saytı xəbər verir ki, VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna qatılmaq üçün …

Tehran Universitetində azərbaycanlı öyrənci intihar edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ötən il Tehran Universitetinin Sosial Elmlər Fakültəsinə daxil …

Bir cavab yazın