Cümə , Oktyabr 23 2026
azfa

Fransa Türkiyəyə qarşı qırıcılarını Cənubi Kipra göndərdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Fransa Türkiyəyə qarşı qırıcılarını Cənubi Kipra göndərib.

Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy bununla bağlı deyib ki, Cənubi Kiprin Fransa ilə birgə hərbi təlimlər keçirməsi qanuna ziddir.

O bildirib ki, Cənubi Kiprlə Fransa arasında 4 aprel 2017-ci ildə imzalanan “Müdafiə sahəsində əməkdaşlıq” haqqında sazişin cari ilin 1 avqust tarixində qüvvəyə minməsini yeni (15 avqustda) açıqlayıblar:

“Cənubi Kiprin belə bir anlaşma imzalamağa səlahiyyəti çatmır. Eyni zamanda, bu, Şərqi Aralıq dənizində sabitlik və təhlükəsizliyi təmin etmək səylərini pozmaq riski daşıyır. Fransanın indiki zamanda gərginliyi artıracaq addımlar atması, Cənubi Kiprlə birgə təlimlər keçirməsi və bölgəyə qırıcılarını yerləşdirməsi 1960-cı il müqavilələrini pozur. BMT TŞ-nin daimi üzvü olan Fransanı Kiprlə bağlı məsələlərdə daha məsuliyyətli davranmağa çağırırıq”.

Həmçinin yoxlayın

Azərbaycanın “Traxtur” komandası qələbə qazandı; azarkeşlərdən irqçiliyə etirazı – VİDEO

GADTB: Azərbaycan “Traktor”u “Sənaye Nefti” komandası üzərində 3:0 hesablı inamlı qələbə qazanaraq yenidən qələbə yoluna …

Türkmənlərin “Çay Qovşan” mədəni-idman klubu “Mələvan” və “Traxtur” komandalarının oyunu zamanı səsləndirilən irqçi şüarları pisləyən bəyanat yayıb

GADTB: Günbəd Kavus şəhərinin “Çay Qvoşan” mədəni-idman klubu Ənzəli şəhərinin “Mələvan” komandası ilə Təbrizin “Traxtur” …

Bir cavab yazın