Bazar , Oktyabr 25 2026
azfa

Təbrizli oyunçu türk dilinə təəssübü üçün Quzey Azərbaycan komandasını seçdiyini deyir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Şəkinin qadınlardan ibarət “Marxal” futzal klubu ilə müqavilə bağlayan təbrizli oyunçu Səba Səlimi-Rad türk olduğum üçün Azərbaycanı seçdiyini deyir.

Səlimi deyib: “Türk dilinə təəssübüm olduğu üçün Azərbaycan Respublikasını İngiltərədən üstün tutdum. Öz millətimi və dilimi başa düşə biləcəyim ölkəni hər yerdən daha çox sevirəm”.

Təbrizli futsal və İranın Qadınlar Milli timinin sağ cinah oyunçusu Səba Səlimi-Rad Təbrize-Bidar saytına müsahibəsində bu barədə açıqlama verib.

Səba Səlimi-Rad bu yaxınlarda Azərbaycan Cumhuriyyətində “Marxal-Şəki” komandasına qoşulub.

Xatırladaq ki, Səlimi daha öncə Təbrizin şəhrdari futzalında və milli futbol komandasında, habelə ötən fəsildə İraq Qadınlar liqasında oynayıb. Ancaq koronavirusun yayılması səbəbi ilə Təbrizə qayıdıb.

Səlimi hazırda Təbrizdəki Azərbaycan komandasının nümayəndəsi ilə danışıqlarını dəqiqləşdirərək 1 illik müqavilə bağlayıb.

Həmçinin yoxlayın

ABŞ İrana yeni zərbələr dalğasına hazırlaşır

GADTB: “The Wall Street Journal” qəzeti hərbi planlaşdırma ilə tanış amerikalı rəsmilərə istinadən xəbər verir …

Təbriz bələdiyyəsinin sürücülərinin qeyri-müəyyən vəziyyəti davam edir, işdən çıxarılmaqla hədələnirlər

GADTB: Təbriz bələdiyyəsinin 10 bölgəsində çalışan sürücülərin Şəhər Şurasının qarşısında keçirdikləri etiraz aksiyasından təxminən iki …

Bir cavab yazın