Rejim azərbaycanlı fəal Höccət Muxtarzadəni mülki vəsiqə qarşılığında zaminə buraxdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim azərbaycanlı milli-mədəni fəal Höccət Muxtarzadə (Araz) mülki vəsiqə qarşılığında Təbrizin Mərkəzi Zindanından zaminə buraxıb.

Azərbaycanlı fəal sentyabrın 2-də 300 milyon tümənlik vəsiqə qarşılığında zaminə buraxılıb.

Qeyd edək ki, Höccət Muxtarzadə avqustun 31-də Təbriz məhkəməsinə getdikdən sonra yaxalanaraq zindana salınmışdı.

Rejimin məhkəməsi onu noyabr 2019 etirazları ilə əlaqədar “yalan məlumat yaymaq və qeyri-qanuni qrupda üzv olmaq”da günahlandırıb.

Muxtarzadə 2019-cu ilin noyabr ayında benzinin bahalaşmasına qarşı keçirilən kütləvi etirazlarda onlarla digər fəalla birlikdə Təbrizdə saxlanılmışdı. Milli fəal təxminən bir ay İranın təhlükəsizlik təşkilatına məxsus təcridxanada, eləcə də Təbriz Mərkəzi zindanında saxlandıqdan sonra dekabrın 16-da 100 milyon tümən dəyərində mülki vəsiqə qarşılığında müvəqqəti olaraq azadlığa buraxılmışdı.

Muxtarzadə bundan əvvəl də Güney Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, həbs edilib və müxtəlif təzyiqlərə məruz qalıb.

Həmçinin yoxlayın

Ankarada Azərbaycan Mədəniyyət Mərkəzi açıldı

GADTB: Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək. “Report”un Ankara bürosunun xəbərinə görə, bu barədə …

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

GADTB: Azərbaycanda axtarışda olduqları üçün İrana sığınan “Hüseyniyyun” terror qruplaşmasının son həftələr Azərbaycan Respublikasına qarşı …

Bir cavab yazın