Çərşənbə , Oktyabr 28 2026
azfa

Azərbaycan ordusu işğalçı Ermənistanın generalını məhv etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının Kəşfiyyat xidmətinin rəisi, general-mayor Arakel Martikyan təmas xəttində partlayış nəticəsində ölüb.

Bu barədə sosial şəbəkənin erməni seqmentində məlumat yayılıb.

“Armenia CT” səhifəsinin yaydığı məlumatda erməni generalın Azərbaycan Ordusunun zərbələri nəticəsində məhv edildiyi bildirilib.

Məlumatı Ermənistan MN hələlik təsdiqləməyib.

Qeyd edək ki, bundan öncə Ermənistanın daha iki yüksək rütbəli zabitinin – Xüsusi Təyinatlı Briqadanın komandiri, polkovnik-leytenant Vardanyan Lernik Aregi və polkovnik Nikolay Mikaeloviç Aykyanın öldüyü rəsmən təsdiqlənmişdi.

Həmçinin yoxlayın

Ermənistan parlamenti ABŞ-la TRIPP layihəsi üzrə sazişi təsdiqləyib

GADTB: Ermənistan parlamenti “Ermənistan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında TRIPP layihəsi üzrə strateji əməkdaşlıq …

Azərbaycanlı milli hərəkat fəalı Əbdüləziz Əzimi Qədim Evin zindanının 209-cu bölməsinə köçürülüb

GADTB: Azərbaycanlı milli hərəkat fəalı Əbdüləziz Əzimi Qədimə qarşı təhlükəsizlik və məhkəmə orqanlarının təzyiqlərinin davam …

Bir cavab yazın