Ermənistanın hərbi təcavüzünü pislədiyinə görə İranın yaxaladığı Sədullah Sasani zaminə buraxıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, antiislam Xamneyi rejiminin ‍ Ermənistanın hərbi təcavüzünü pislədiyinə görə yaxaladığı azərbaycanlı fəal  Sədullah Sasani zaminə buraxıldı.

 Güney azərbaycanlı milli- mədəni fəal Sədullah Sasani 100 milyon tümənlik ağır mülki vəsiqə qaşılığında rejimin Təbrizdəki mərkəzi zindanından zaminə buraxılıb.

Fəal keçən həftə Təbrizin Mərkəzi zindanının karantin şöbəsinə köçürülmüşdü.

İbtidai istintaq dövründə Sədullah Sasaniyə qarşı “İctimai asayişi pozmaq və hakimiyyət nümayəndəsinin qanuni tələbinə tabe olmamaq” ittihamları irəli sürülüb. Görünür xristian Ermənistanın müsəlman ölkəsi Azərbaycana hərbi təcavüzünü pisləməp İran-Xamenei rejimi üçün “İctimai asayişi pozmaq və hakimiyyət nümayəndəsinin qanuni tələbinə tabe olmamaq” anlamına gəlir.

Fəalın yaxınlarının bildirdiyinə görə Sədullah Sasani və digər fəallar tutulan zaman təhlükəsizlik qüvvələri tərəfindən vəhşicəsinə döyülüblər.

Qeyd edək ki, oktyabrın 1-də Güney Azərbaycanın bir sıra şəhərlərində, o cümlədən də Təbriz, Tehran, Qoşaçay, Xiyov, Urmiya, Zəncan və Ərdəbil şəhərlərində on minlərlə insanın iştirakı ilə İranın işğalçı Ermənistana silah göndərilməsinin dayandırılması məqsədilə və Qarabağda erməni işğalçılarına qarşı başladılan uğurlu hərbi əməliyyatlara dəstək aksiyaları keçirilib. Ermənipərəst İran rejimi aksiyalarda 100-dən çox azərbaycanlı fəalı həbs edilib. Saxlanılanların bir çoxunun kimliyi hələlik açıqlanmayıb.

İranın molla rejimi əsil antiislam və Qriqoryan Respublikası olduğunu sübut etmək, eləcə də müsəlman azərbaycanlıların uşaqlarını qətliam etdirmək üçün işğalçı Ermənistanı silah-sursatla və onların tankları və təyyarələrini yanacaqla təmin edir. Bu isə haqq-ədalət tərəfdarı olan insanların narazılığına səbəb olur.

Həmçinin yoxlayın

Türkiyə Ordusu son bir həftədə 43 PKK terrorçusunu zərərsizləşdirilib

GADTB: Son bir həftə ərzində sərhəddən kənarda həyata keçirilən əməliyyatlar nəticəsində 43 terrorçu zərərsizləşdirilib. Milli …

Molla rejimi Şərqi Azərbaycanda hökumətin fəaliyyətlərini ifşa edən tədqiqatçını vəzifəsindən uzaqlaşdırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı tədqiqatçı və ekofəal Əhməd Bayburdi molla rejimin …

Bir cavab yazın