Şənbə , Oktyabr 24 2026
azfa

Erməni təcavüzünü pislədiyinə görə İranın həbs etdiyi Əkbər Mühaciri zindana köçürülüb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ermənistanın Azərbaycan şiələrinin ərazilərinə hərbi hücumunu pislədiyinə görə İranın yaxaladığı azərbaycanlı fəal Əkbər Mühaciri rejimin Təbrizdəki mərkəzi zindanına köçürülüb.

Təbriz sakini olan azərbaycanlı fəalın 5 gün əvvəl ETTELAAT-ın müvəqqəti saxlama təcridxanasından həmin zindana köçürüldüyü bildirilir.

Əkbər Mühaciri azərbaycanlı fəallar Rəsul Rəzəvi və Hüseyn Məhəmmədianla birlikdə qanunsuz həbs edilmələrinə etiraz əlaməti olaraq oktyabrın 21-dən həbsxanada aclıq aksiyası elan etmişdi.

Əkbər Mühaciri oktyabrın 17-də, Güney Azərbaycan şəhərlərində Azərbaycan Orudusuna dəstək və Nurduz gömrüyünün bağlanması tələbi ilə keçirilən aksiyalardan 1 gün qabaq Təbrizdə öz evində həbs edilib.

Fəallara qarşı hansı ittihamların irəli sürülməsi ilə bağlı məlumat yoxdur.

Qeyd edək ki, İranın molla rejimi əsil antiislam və Qriqoryan Respublikası olduğunu sübut etmək, eləcə də müsəlman azərbaycanlıların uşaqlarını qətliam etdirmək üçün işğalçı Ermənistanı silah-sursatla və onların tankları və təyyarələrini yanacaqla təmin edir. Bu isə haqq-ədalət tərəfdarı olan insanların narazılığına səbəb olur.

Həmçinin yoxlayın

Tramp: İndi qərar verməliyik ki, İran İslam Respublikası rejiminin işini bitirək, yoxsa onun tədricən zəifləməsinə imkan verək?

GADTB: Donald Tramp İran İslam Respublikası qarşısında ABŞ-ın hərbi üstünlüyünü vurğulayaraq, Vaşinqtonun bütün məqsədlərinə nail …

Qrossi: Agentlik İranın nüvə fəaliyyətlərini yoxlamağa hazırdır

GADTB: Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi bildirib ki, İranın nüvə fəaliyyətlərinin …

Bir cavab yazın