Çərşənbə axşamı , Dekabr 24 2024
azfa

İranın müstəmləkəçi siyasətinin nəticəsi; Şərqi Azərbaycanda iqtisadi inkişaf ölkə ortalamasından aşağıdır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin irqçiliki siyasəti nəticəsində Güney Azərbaycan vilayətləri hər sahədə geri saxlanılıb. Son illər bu müstəmləkə siyasəti o qədər kəskin xarakter alıb ki, artıq yerli rəsmilər də buna etiraf etməyə məcbur olublar.

 Şərqi Azərbaycan vilayətinin İdarəetmə və Planlaşdırma İdarəsinin sədri Davud Behbudi vilayət iqtisadiyyatının inkişafının geridə qaldığını bildirib.

Vilayətin İdarəetmə və Planlaşdırma İdarəsinin sədri Davud Behbudi Şərqi Azərbaycan vilayətinin inkişafının tarixi geriləmə ilə üzləşdiyini və ölkənin inkişaf yolundan çıxdığını açıqlayıb.

O, bunları təşkilat müdirlərinin İran parlamentində Təbriz deputatı Ruhulla Mütəfəkkir-azad ilə keçirilən iclasda bəyan edib.

Davud Behbudi vilayətin mövcud iqtisadi, sosial və mədəni göstəricilərinin təhlilini təqdim edərkən deyib ki, vilayətdə mövcud olan əsas sənaye əski və köhnəlmiş durumdadır: “Vilayətdə az sayda yüksək texnologiya sənayesi var və indiki sənaye əsasən köhnədir”.

O vilayətin iqtisadi inkişafının ölkə ortalamasından daha aşağı olduğunu da bildirib. Behbudi Şərqi Azərbaycanın geridə qalmasının səbəblərini izah edərək, vilayətin daxili məsələləri ilə yanaşı paytaxtın vilayətə laqeyd olmasının Şərqi Azərbaycanda iqtisadiyyatın inkişafına maneəsi kimi qiymətləndirib.

Vilayətin İdarəetmə və Planlaşdırma İdarəsinin sədri deyib ki, Tehrana yaxın vilayətlər inkişaf yolunda normal şəkildə irəliləyirlər.

“İranın inkişaf sistemi mərkəz-ətraf modeli üzərində davam edir və bütün inkişaf etmiş vilayətlər mərkəzə yaxınlıqdan birbaşa və ya dolayı yolla faydalanırlar.”

Behbudi Şərqi Azərbaycanın coğrafiya baxımından tranzit üçün əlverişli olduğuna deyərək qeyd edib ki, hal-hazırda artıq bu üstünlükdən də faydalanmaq mümkün olmur: “Şərtlərin dəyişməsi və eyni zamanda ölkənin xarici ticarət tərəfdaşlarının dəyişməsi ilə bu imkanlar vilayətdən alınmışdır”.

Həmçinin yoxlayın

Molla rejimi azərbaycanlı milli fəal Vahid Əbhərinin ailəsinə təzyiq göstərir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı milli fəal Vahid Əbhərinin …

Əli hər yerdən üzülən Xamenei əhalini Süriyada üsyana çağırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Əli Xamenei Türkiyənin xarici işlər naziri Hakan Fidanın …

Bir cavab yazın