Bazar ertəsi , Oktyabr 26 2026
azfa

Avropa Birliyi Türk gəmisinə icazəsiz müdaxiləyə etiraf etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Almaniya Müdafiə Nazirliyinin sözçüsü Kristian Tils deyib ki, Türk gəmisində qadağan edilmiş heç bir material tapılmadı.

Tils Benqazidən 200 kilometr məsafədə Türkiyə bayrağı altında üzən “Rosaline A” yük gəmisində “İrini” əməliyyatı çərçivəsində “Hamburq” freqatı tərəfindən axtarış aparıldığını bildirib.

O, axtarış əmrinin Romada yerləşən Eirene Əməliyyat Mərkəzindən verildiyini deyib:

“Freqat hər hansı gəmidə axtarış aparılması barədə qərar vermir. Əməliyyat rəhbərliyi şərtləri dəyərləndirir və sonra “Bu gəmi indi araşdırılmalıdır” deyir”.

Avropa İttifaqı Dəniz Qüvvələri “İrini əməliyyatı”nın Türkiyənin icazəsi olmadan aparıldığını etiraf edib.

Bu barədə “Anadolu Agentliyi” məlumat yayıb.

Qeyd edək ki, Avropa İttifaqı Dəniz Qüvvələri tərəfindən BMT-nin Liviyaya silah məhdudiyyətləri tətbiq etmək məqsədi ilə 31 mart 2020-ci ildən Aralıq dənizində “İrini” Hərəkatına başlanılıb. Ancaq bir çoxları “İrini”ni qərəzli əməliyyat sayır.

Həmçinin yoxlayın

İran-ABŞ arasında vasitəçilik üçün Qətər nümayəndə heyəti Tehrana gedib

GADTB: “Al Araby Al Jadeed” nəşri xəbər verib ki, İran və ABŞ arasında vasitəçilik səyləri …

Mossadın keçmiş rəhbəri: Müharibədən həftələr əvvəl İranın içərisində onlarla agentimiz vardı və heç biri həbs olunmadı

GADTB: Mossadın keçmiş rəhbəri David Barnea bildirib ki, bu təşkilat 1404-cü ilin xordad ayında başlanan …

Bir cavab yazın