Cümə , Avqust 21 2026
azfa

Traxtur Futbol Komandası Mərkəzi və Cənubi Asiyanın ən çox bəyənilən komandası seçilir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney  Azərbaycanın Traxtur Futbol Komandası Asiya Futbol Konfedrasiyası (AFC) tərəfindən bir həftə müddətində keçirdiyi sorğuda 20 dekabrda birinci yerdədir.

Sorğuda iştirak edənlərin 90 faizi İran adlanan yerdən olan insanlar olub.

Güney Azərbaycanın Traxtur Futbol Komandası Tehranın əsas iki komandası- İstiqlal və Perspolisi də qabaqlayaraq ümumilikdə səslərin 59.43 faizini toplamaqla, Asiyanın ən çox tərəfdarı olan komandası seçilib.

Bundan öncə keçirilən sorğuda isə Traxtur İranda ən çox tərəfdarı olan komanda seçilmişdi. Buna görə də, komanda Asiyanın ən bəyənilən futbol klublarının seçilməsi üçün aparılan sorğuda finala yüksəlmişdi.

Həmçinin yoxlayın

Trampın İrana qarşı yeni tədbirləri Çinə ciddi xəbərdarlıqdır

GADTB: Nüvə İranına Qarşı Birliyin (UANI) siyasi direktoru Ceyson Brodski ABŞ prezidenti Donald Tramp administrasiyasının …

ABŞ-ın Körfəzdəki yeni aviadaşıyıcısı fəaliyyətə başlayıb

GADTB: ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS George Washington (CVN 73)” aviadaşıyıcısı fəaliyyətə başlayıb. Bu …

Bir cavab yazın