Cümə , Oktyabr 30 2026
azfa

Türkiyə möhtəşəm döyüş gəmisini növbəti il istifadəyə verir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Hərbi Dəniz Qüvvələrinin flaqmanı olacaq və 2016-cı ildə təməli qoyulan “TCG Anadolu” gəmisinin işləri tamamlanıb.

İyul ayında sınaqları başlanan gəmi gələn il donanmanın arsenalına daxil ediləcək.

Türkiyədə bu günə qədər istehsal olunmuş ən böyük gəmi ünvanına sahib “TCG Anadolu” Çoxməqsədli Amfibiya Hücum Gəmisi kateqoriyasına daxildir.

Bu gəmi ilə Türkiyə dünyada öz döyüş gəmisini dizayn və istehsal edə bilən 10 ölkədən birinə çevriləcək.

Silahlı Qüvvələrin hərbi hərəkat və humanitar yardım əməliyyat qabiliyyətini artıracaq “TCG Anadolu” 232 metr uzunluq, 32 metr en, 58 metr hündürlüyündədir. Çəkisi 30 min tondur. 30 ədəd helikopter və PUA daşıya bilər.

Nəhəng gəmidə 11 müxtəlif göyərtə var. Gəmidə 165 kvadratmetr hovuz, 6 uçuş-enmə zolağı mövcuddur. Bir tabor ilə lazımi hərbi və dəstək vasitələrini əsas bazanın dəstəyi olmadan böhran bölgələrinə daşıya bilən gəmi bütün dənizlərdə üzə biləcək.

“TCG Anadolu”, bundan başqa, xəstəxana kimi də istifadə oluna bilər. Bunun üçün 30 yataq tutumu, rentgen cihazları, əməliyyatxanası, infeksion otaqlar, reanimasiya, yanıq və diş müalicələri bölmələri var.

Həmçinin yoxlayın

Qərb kəşfiyyatı İrandan gələn terror təhlükəsindən narahatdır

GADTB: Fransanın “Le Monde” qəzeti və Britaniyanın MI5 kəşfiyyat xidmətinin məlumatına görə, İranın Avropadakı casusluq, …

Türkiyədə Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurasının iclası keçirildi

GADTB: Ankarada 29-30 oktyabr 2026-cı il tarixlərində keçiriləcək 13-cü Türk Dövlətləri Təşkilatı (TDT) Zirvə Görüşü …

Bir cavab yazın