Cümə axşamı , Yanvar 9 2025
azfa

Azərbaycanlı siyasi məhbusların saxlanıldığı Ərdəbil zindanında koronavirusun yeni dalğası başlayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı siyasi məhbusların həbsdə saxlanıldığı Ərdəbil zindanında koronavirusun yeni dalğasının başlandığı bildirilir.

Ərdəbil zindanında həbsdə saxlanılan vicdan məhbusu Yusif kari dekabr ayının 29-da ailəsi ilə qısa telefon danışığında koronavirusun həmin zindanda yenidən sürətlə yayıldığını bildirib.

Kari Ərdəbil zindanın birinci bölməsində saxlanılan məhbusların çoxunun sağlıq durumunun ağır olduğunu, quru öskürək və yüksək qızdırmadan əziyyət çəkdiklərini bildirib. Fəal özünün də sağlıq durumunu yaxşı olmaması, qabaqkı günlərə nisbətən ağrılarının artdığını deyib.

Azərbaycanlı məhbus bazar günü kamera yoldaşlarından birinin durumunun ağır olduğu üçün zindan rəsmiləri tərəfindən 1-ci bölmədən şəhər klinikasına yerləşdirildiyi bildirilir.

Kari noyabr ayının 30-da da tanınmış azərbaycanlı siyasi məhbus Abbas Lisani və başqa türk siyasi məhbuslarla birlikdə saxlanıldığı 7-ci bölmədə koronavirusun tüğyan etdiyi və Abbas Lisaninin vəziyyətinin ağır olduğunu açıqlamışdır.

Abbas Lisani dekabrın 10-da uzun müddətdən sonra ailəsi ilə telefon danışığında bildirmişdi ki, Ərdəbilin Tibb İdarəsindən gəlib, tibb məntəqəsində mənimlə görüşdülər və müalicəmlə məşğul oldular.

İrqçi fars rejim qəsdən azərbaycanlı siyasi məhbusları sərbəst buraxmaqdan imtina edir.

Həmçinin yoxlayın

Güney Azərbaycanın Süngün mədənində böyük mis ehtiyatları aşkarlandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin taladığı Güney Azərbaycanın Süngün mədənində …

Baxımsızlıq üzündən Marağadakı tarixi Xudayari evi tamamilə məhv olmaq üzrədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi müstəmləkə siyasəti və ögey münasibəti …

Bir cavab yazın