Çərşənbə axşamı , May 7 2024
azfa

Tomrus rolunu oynayan Elmira Tursın farsların təhqirlərinə və türklərin alqışına cavab verdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tomrus filmində baş rolu oynayan Elmira Tursın farsların təhqirlərinə və türklərin alqışına cavab verib.

Tursın Türkiyə bayrağı ilə türklərə yazıb: “Türklərdən daha çox mektub lamağa davam edirəm. Dəstəyinizə və xoş sözlərinizə görə təşəkkür edirəm. Tumrus filmini bəyəndiyiniz üçün çox təşəkkür edirəm. Pandemiya səbəbilə filmin kinoteatrlarda nümayişi təxirə salınıb. Lakin inanıram ki, çox yaxında Türkiyədə böyük ekranlarda nümayiş etdiriləcək.

İrqçi farslar isə tarixi filmin ekranlaşdırılmasına qəzəblənib və Elmira Tursının İnstagram səhifəsinə hücuma keçib və söyüş söyüblər.

Elmira Tursın cavab olaraq özünün İnstagram hesabında etdiyi paylaşımda yazıb: ”İranlılardan çoxlu məktub alıram. Sizin filmə reaksiyanızı başa düşürəm. Lütfən diqqətli olun və filmlə real həyat arasında olan fərqi başa düşün. Filmdə mən sadəcə rolumu oynamışam. Real və şəxsi həyatımda vətənə, vətən sevgisinə, tarixə və yurdsevərlik duyğularına hörmət edirəm”.

Həmçinin yoxlayın

Türkiyənin “Kaan”ın təyyarəsi ikinci sınaq uçuşunu həyata keçirdi – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin beşinci nəsil qırıcısı “Kaan” ikinci sınaq uçuşunu …

Qaşqay türklərindən Azərbaycana qarşı çıxış edən iranlı millət vəkilinə tutarlı cavab

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran parlamentinin radikal deputatı Cəlal Rəşidi Kuçinin Azərbaycana …