Çərşənbə axşamı , May 7 2024
azfa

İran rejiminin idmançısı medalını müsəlman azərbaycanlıları qətliam edən erməni təcavüzkarına hədiyyə etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Xamenei və irqçi fars rejimin yetişdirdiyi fars idmançı Əhməd Baqirpur qazandığı medalı Azərbaycan körpələrini qətliam edən öldürülmüş erməni təcavüzkarının ailəsinə hədiyyə etdi.

2017-ci ildə Kyokusinkay karatesi üzrə açıq Ermənistan Çempionatının qalibi Xamenei rejiminin idmançısı Əhməd Baqirpur öz qızıl medalını hörmət əlamət olaraq Qarabağda azərbaycanlılara qarşı döyüşüb ölən erməni karateist Artur Suikasyana vermək qərarını verib. Bu barədə İranın Ermənistandakı səfirliyi məlumat yayıb.

Artur Sukiasyan 2020-ci ilin sonunda Azərbaycanın işğal edilmiş ərazisi – Qarabağda Azərbaycana qarşı müharibə zamanı məhv edilib.

“Artur Suikasyan və Əhməd Baqirpur bir neçə beynəxlalq yarışlarda iştirak edib və dosluq münasibəti saxlayıb”, – deyə məlumatda qeyd olunur.

Yanvarın 13-ü Baqirpur öz qızıl medalını Artur Sukiasyanın ailəsinə vermək üçün İranın Ermənistandakı Səfirliyinin üçüncü katibi Qor Şahverdyana təqdim edib.

Qeyd edək ki, İran rejimi 44 müharibə dövründə, ondan öncə və sonra Ermənistanı silah-sursatla təmin edib və tərtərəfli Ermənistanı dəstəkləmişdi.

Həmçinin yoxlayın

Molla rejimin həbs etdiyi azərbaycanlı milli fəal məzuniyyətə buraxılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin Tehrandaki Evin zindanında həbsdə saxladığı …

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Media Turk TV”-də “Rusiya Ukraynanı “zəlzələ effektli” bomba ilə vurdu” mövzusunda çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) və Güney …