Türkiyə və Azərbaycan birgə hərbi təlimlərə başlayır – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Respublikasının Qars şəhərində keçiriləcək “Qış təlimi-2021”də Azərbaycanın Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları da iştirak edəcək.

Azərbaycan Müdafiə Nazirliyi bu barədə məlumat yayıb.

Təlimə cəlb edilmiş şəxsi heyət və hərbi texnikaların təlim yerinə yola salınması münasibəti ilə mərasim keçirilib.

Yolasalma mərasimində Dövlət Himni səsləndirildikdən sonra çıxış edən general-mayor Fazil Ağalarov inkişaf edən Azərbaycan-Türkiyə hərbi-texniki əməkdaşlığından, hər il Naxçıvan və Qars şəhərlərində keçirilən birgə hərbi təlimlərin əhəmiyyətindən, Müzəffər Ordumuzun Vətən müharibəsində qazandığı şanlı qələbədən danışaraq “Qış təlimi-2021”də iştirak edəcək bölmələrə uğurlar arzulayıb.

Çıxışların ardından təlimə cəlb edilmiş bölmələr Naxçıvan şəhərindən Sədərək sərhəd-keçid məntəqəsinə doğru yola düşüblər. Araz çayı üzərindəki “Ümid” körpüsündən keçən bölmələrimiz Qars şəhəri istiqamətində hərəkəti davam etdiriblər.

Həmçinin yoxlayın

Urmiya gölü böhranlı vəziyyətdədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, son həftələrdə Urmiya gölünün vəziyyəti ilə bağlı paylaşılan …

Molla rejimi yeni “nüvə adası”nın tikintisinə başlayır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi bu ilin payızında Karun atom elektrik …