Cümə , Avqust 21 2026
azfa

Rejim Azərbaycan türklərinə aid olduğu üçün “Yağış” jurnalının fəaliyyətinə son qoydu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim  Azərbaycan Azərbaycan türklərinə aid olduğu erməni təcavüzünü pisləyib, Azərbaycanın mövqeini dəstəklədiyi üçün Gilan Universitetində nəşr olunan “Yağış” dərgisinin fəaliyyətinə son qoyub.

 Bu barədə azərbaycanlı fəal, Rəşt Universitetində nəş olunan “Yağış” dərgisinin məsul müdiri İbrahim Gənci Əfsuran məlumat verib.

Onun sözlərinə görə, Azərbaycan türklərinin fəaliyyətinə icazə verilmədiyindən universitet məsulları jurnalın yayımını dayandırıb.

Gənci deyib: “Universitet məsulları bu dərgiyə qarşı çıxmalarının səbəbi barədə bizə hər hansı yazılı qərar verməyiblər. Ancaq başdan etiraz etmələrinin səbəbi ölkədə ayrı-ayrı xalqların, özəlliklə Azərbaycan türklərinin fəaliyyətinə icazə verilməməsi olub”.

Azərbaycanlı fəal universitet məsullarının dərginin ilk sayından yazılara senzura tətbiq etdiklərini də diqqətə çatdırıb.

Həmçinin yoxlayın

Beynəlxalq Jurnalistlər Federasiyası: Xarici KİV-lərlə əlaqəni cinayət sayan qanun layihəsi ifadə azadlığını daha da məhdudlaşdıracaq

GADTB: Beynəlxalq Jurnalistlər Federasiyası (IFJ) İran rejimi parlamentinin xarici və guya «düşmən» hesab olunan KİV-lərlə …

Suriya xarici işlər naziri: İran Suriyada xalqa qarşı törətdiklərini etiraf etməlidir

GADTB: Suriya xarici işlər naziri Əsəd əl-Şeybani avqustun 21-də Pakistana rəsmi səfəri zamanı Tehranla mümkün …