Cümə axşamı , Yanvar 2 2025
azfa

Türk yurdu Krımı ruslara kimlərin satdığı açıqlandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, türk yurdu Krımdan Ukrayna ordusunun çıxarılması qərarını 2014-cü ilin yazında Ukrayna Prezident Administrasiyasının rəhbəri Sergey Paşinski verib.

Bu barədə informasiyanı öz Feysbuk səhifəsində Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin vəkili Vitali Serdyuk paylaşıb. O, bu barədə məlumatı keçmiş müdafiə naziri İqor Tenyuxun ifadələri əsasında paylaşıb.

Tenyuxun ifadələrinə əsasən, o, 2014-cü ilin 23 martında Krımdakı vəziyyətlə bağlı Təhlükəsizlik Şurasında hesabatla çıxış edib və Krımın verilməsinə qətiyyətlə qarşı çıxıb. Bundan sonra Şurada Sergey Paşinski çıxış edərək, nazirin Rusiya ilə müharibə istədiyini deyərək, onun sözlərinə məhəl qoymayıb.

Tenyuxun sözlərinə görə, o zaman iclasda çıxış edən indiki müdafiə naziri Stepan Poltorak da ordunun Krımdan çıxarılmasının tərəfdarı olduğunu söyləyib. O, həmçinin, o zamankı baş nazir Arseni Yaçenyukun da müqavimət məsələsinin qarşısını aldığını bildirib.

Qeyd edək ki, Krım yarımadası qədim türk yurdudur və ruslar Sovet dövründə Krım tatarlarını öz doğma diyarından departasiya ediblər.

Həmçinin yoxlayın

Azərbaycanlı ana: Övladıma zorla “Ağgün Qaya” adı yerinə, “Kaya” adına doğum şəhadətnaməsi verdilər

GADTB: Təbrizdə rejimin  Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsinin əməkdaşları adı türkcə “Ağgün Qaya” olan azərbaycanlı uşağa …

GADTB irqçi fars-molla rejimin Azərbaycan və Türkiyə rəhbərliyinə qarşı iyrənc hərəkətlərini pisləyir

GADTB: İrqçi fars-molla rejimi hər fürsətdən istifadə edib türkə və Azərbaycana qarşı qanlı düşmən olduğunu …

Bir cavab yazın