Cümə axşamı , Oktyabr 29 2026
azfa

Türk ölkəsi Özbəkistan yeni ildən latın əlifbasına keçəcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Özbəkistan 2023-cü il yanvarın 1-dən tam olaraq Latın qrafikasına keçəcək.

Bu haqda Özbəkistan hökuməti qərar qəbul edib.

Bununla bağlı qəbul olunan sənəddə deyilir ki, ilk növbədə kargüzarlıq işləri, şəxsiyyət vəsiqələri, İD kartlar, xarici vətəndaşlara ölkədə yaşamaq hüququ verən və vətəndaşlığı olmayanların vəsiqələri, işgüzar sənədlər, müxtəlif blanklar, təşkilat, küçə, həmçinin yer adları, reklam və elanlar latın qrafikasına keçiriləcək.

Bundan başqa, normativ-hüquqi aktlar, mərkəzi qəzetlər, elektron KİV, internet saytlar, nəşriyyatlar və poliqrafiya şirkətləri mərhələli şəkildə latın qrafikasından istifadəyə başlayacaq.

Həmçinin yoxlayın

Qərb kəşfiyyatı İrandan gələn terror təhlükəsindən narahatdır

GADTB: Fransanın “Le Monde” qəzeti və Britaniyanın MI5 kəşfiyyat xidmətinin məlumatına görə, İranın Avropadakı casusluq, …

Türkiyədə Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurasının iclası keçirildi

GADTB: Ankarada 29-30 oktyabr 2026-cı il tarixlərində keçiriləcək 13-cü Türk Dövlətləri Təşkilatı (TDT) Zirvə Görüşü …