Bazar , Avqust 30 2026
azfa

Türkiyə yüzlərlə PKK terrorçusunu yaxaladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyədə PKK terror təşkilatının mənsublarına qarşı genişmiqyaslı əməliyyat keçirilib.

Bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Əməliyyat Türkiyənin 40 vilayətini əhatə edib. Ümumilikdə, təşkilat nümayəndələri ilə əlaqələri olan 718 nəfər saxlanılıb.

Əməliyyatlardan biri də Türkiyənin Ağrı şəhərində PKK/KCK terror təşkilatlarına qarşı keçirilib.

Ağrı Prokurorluğu tərəfindən “Silahlı terror təşkilatına kömək göstərmək” ittihamı ilə 13 nəfər barəsində axtarış verilib.

Jandarmanın keçirdiyi əməliyyat nəticəsində 13 şübhəlidən 12-si saxlanılıb, 1 nəfərin isə axtarışları davam etdirilir.

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta və Sara xanım Azərsun Sidneydə 30 Avqust –Türkiyənin Zəfər Bayramı tədbirində- Video

GADTB: Bu gün 30 Avqust – Türkiyənin Vətən müharibəsində işğalçılara qarşı qazandığı möhtəşəm Zəfər Bayramı …

Azərbaycanlı fəal Hüseyn İsmayıli məhkəməyə çağırılıb

GADTB: Azərbaycanlı fəal Hüseyn İsmayıli Təbriz İnqilab Məhkəməsinin 3-cü şöbəsi tərəfindən göndərilən bildirişlə məhkəməyə çağırılıb. …