Çərşənbə axşamı , Oktyabr 27 2026
azfa

Azərbaycanlı fəal Yaşar Piri həbsxanada işgəncə edildiyi üçün xəstəxanaya yerləşdirilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbrizdə yaşayan azərbaycanlı milli-mədəni fəal Yaşar Piri rejimin ETTELAAT İdarəsinin rəsmiləri tərəfindən işgəncə edildiyi üçün xəstəxanaya yerləşdirilib.

Azərbaycanlı fəal Yaşar Piri fevral ayının 21-də rejimin təhlükəsizlik məmurları tərəfindən yaxalanıb. 3 gün sonra, fevralın 24-də 50 milyon tümən girov qarşılığında zaminə buraxılan fəal ayın 26-da Təbriz şəhərinin İmam Rza adına xəstəxanaya yerləşdirilib.

Yaşar Piri Sepahın ETTELAAT bölməsində işgəncə edilərək ciddi bədən xəsarətləri alıb.

Fəalın yaxınlarının bildirdiyinə görə, həkimlər deyiblər ki, fəalın bibər qazı nəticəsində nəfəs borularında problemlər yaranıb və aldığı zərbələrdən böyrəkləri zədələnib. Fəalın bədəninin müxtəlif yerlərində işgəncə izləri mövcuddur.

Yaşar Piri hazırda xəstəxananmın Böyrək çatışmazlığı bölməsində müalicə akltındadır.

Qeyd edək ki, bundan öncə 2019-cu ilin noyabr ayında İranda bahalığa qarşı keçirilən etiraz aksiyaları zamanı bir çox azərbaycanlı fəal kimi Yaşar Piri qardaşı Ruzbeh Piri ilə birlikdə təhlükəsizlik qüvvələri tərəfindən qanunsuz olaraq yaxalanmışdır.

Həmçinin yoxlayın

Molla rejimi türklərə qarşı irqçi təhqirə yol verənləri dəstəklədi

GADTB: İrqçi fars-molla rejimin Futbol Federasiyasının İntizam Komitəsi Premyer Liqanın 9-cu turunda keçirilməyən “Malavan” – …

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Prime TV”-də “İranla bağlı qərar verildi – Savaş an məsələsidir” mövzusunda çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın …