Cümə axşamı , Sentyabr 10 2026
azfa

Entoni Bliken ABŞ-ın yeni xarici siyasətini və əsas hədəflərini açıqladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Bayden administrasiyası ABŞ diplomatiyasının dünyada liderliyini bərpa etmək, müttəfiqləri ilə münasibətləri yoluna qoymaq və opponentləri Çin, Rusiya və İrana qarşı layiqli müqavimət göstərmək istəyir.

Bunu Dövlət katibi Entoni Bliken ABŞ-ın yeni xarici siyasət strategiyası ilə bağlı nitqində deyib. Onun sözlərinə görə, ABŞ xarici siyasətinin prioriteti hərbi müdaxilə yox, diplomatiya olacaq.

O, ABŞ-ın dünyada ən güclü orduya sahib olduğunu bildirib:

“Diplomatiyada effektiv olmaq imkanlarımız son olaraq ordumuzun gücündən asılı deyil”.

Blinken ABŞ administrasiyasının əsas hədəflərini bu cür sıralayıb:

– COVİD-19-un öhdəsindən gəlmək və qlobal səhiyyəni gücləndirmək;

– İqtisadi böhranın öhdəsindən gəlmək və daha stabil və inklüziv qlobal iqtisadiyyat qurmaq;

– Demokratiyanın gücünü ABŞ-da, daha sonra dünyada yeniləmək;

– Humanist və effektiv immiqrasiya sistemi yaratmaq;

– Müttəfiqlər və tərəfdaşlarla münasibətləri canlandırmaq;

– İqtisadi böhranın öhdəsindən gəlib, yaşıl enerjidən istifadəni stimullaşdırmaq;

– ABŞ-ın texnologiya sferasında liderliyini təmin etmək;

– XXI əsrin nəhəng geosiyasi sınağını – Çinlə münasibətləri həll etmək.

Bununla belə Blinken sadaladıqlarının hələ tam siyahı olmadığını deyib:

“Siyahıda bəzi vacib elementlər yoxdur. Bu o demək deyil ki, onlar bizim üçün vacib deyillər və ya biz onların həlli üzərindən ciddi şəkildə işləməyəcəyik. Sadəcə bu gün sadaladığım bu prioritetlər təcili həlli tapılması gərəkən mövzulardır.

Həmçinin yoxlayın

Azərbaycanın Traxtur komandası İran birincisi, Asiyanın beşinci, dünyanın 191-ci komandasıdır

GADTB: Güney Azərbaycanın “Traktur” futbol klubu “Football Database”in son klub reytinqində İran üzrə birinci, Asiyada …

ABŞ molla rejimi ən dərin yeraltı nüvə obyektinə zərbə planı hazırlayır

GADTB: ABŞ ordusunun İranda yerləşən dərin yeraltı Pikaks dağı obyektinə mümkün zərbəni simulyasiya etmək üçün …