Cümə axşamı , May 9 2024
azfa

İran rejimi Bəluçistanda 23 nəfərdən çox etirazçı öldürdü

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İrandakı İnsan Haqları Kampaniyası İran rejiminin Bəluçistanda 23 nəfərdən çox adamı öldürdüyünü bildirib.

Təşkilat keçən həftə Sistan və Bəluçistan əyalətində keçirilən etiraz aksiyaları zamanı ən azı 23 nəfərin İran silahlı qüvvələri tərəfindən öldürüldüyü barədə xəbər yayıb. Eyni zamanda çox sayda insanın ağır yaralandığı bildirilir.

İrandakı İnsan Haqları Kampaniyası sədri Hadi Qaimi bildirib ki, “İran rəsmiləri etirazçıların öldürülməsini müxalifləri susdurmağın yolu olduğuna inanırlar.”

O həmçinin deyib: “Beynəlxalq ictimaiyyət müxaliflərə qarşı kəskin güc tətbiq edilməsinə görə İran hökumətinə ciddi xəbərdarlıq etməlidir”.

O, fevralın 22-də Saravan etirazlarına və 10 nəfər etirazçısının öldürülməsinə toxunaraq, Sepahın Sistan və Bəluçistan əyalətində iqtisadiyyatın və təhlükəsizliyin qarışmasında böyük rol oynadığını və son hadisələrin buna bir nümunə olduğunu bildirib.

Həmçinin yoxlayın

Azərbaycanın Xüsusi təyinatlıları iki böyük beynəlxalq təlimə qatılıb

GADTB: Azərbaycan Silahlı Qüvvələrinin xüsusi təyinatlıları Türkiyədə iki böyük beynəlxalq hərbi təlimdə iştirak edirlər. Onlardan …

Azərbaycanlı şair Məhəmmədtağı Tağızadə dəfn edilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünyasını Dəyişən azərbaycanlı şair Məhəmmədtağı Tağızadə dəfn edilib. …